Home Cəmiyyət Ölkədə otellər baha, yer məhdud: xaricə üz tutaq?

Ölkədə otellər baha, yer məhdud: xaricə üz tutaq?

210
0

Yay mövsümünün gəlməsi ilə Azərbaycanda istirahət məkanı problemi yenidən aktuallaşıb. Ölkəmizdə turizm bölgələri çox və istirahət üçün kifayət qədər şərait olsa da, insanların bir çoxu xaricə üz tutur. Bunun səbəbi isə Azərbaycanın istənilən bölgəsində bir-iki günlük istirahət xərclərinə, məsələn, Türkiyədə bir həftə təyyarə bileti də daxil olmaqla, istirahətin mümkünlüyüdür.

Hazırda qloban böhran ərəfəsində vətəndaşların ölkədən kənara valyuta daşımasının qarşısını almaq yollarından biri də yerli turizmin inkişafıdır. Bəs, necə etmək olar ki, azərbaycanlılar öz ölkələrində daha ucuz və sərfəli istirahət imkanı qazansınlar?

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a danışan Azərbaycan Turizm Assosiasiyası (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib ki, vətəndaşların xaricə üz tutmaların qarşısını almaq üçün biz yeni destinasiyaların, turizm marşurutlarının yaranmasında maraqlı olmalıyıq.

Onun sözlərinə görə, 2020-ci ildən tənəzzülə uğrayan turizm sahəsində indi canlanma yaşanır:

“Hazırda otel, restoran və digər müəssisələr işini bərpa edir. Karantin rejimi yumşalır. Yay mövsümündə həmişə qiymətlərdə müəyyən artım müşahidə olunur. Bu proses bütün dünyada belədir. Yay yüksək tələbatlı mövsüm olduğundan qiymətlər artır. Buna görə də bir çox insan biletləri münasib qiymətə əldə etmək üçün erkən rezervasiya edir”.

AzTA-nın sədri onu da bildirib ki, Azərbaycanda qiymətlərin yüksək olmasının qarşısını almaq üçün rəqabət şəraiti olmalıdır. Bunun üçün otellərin sayı artmalıdır:

“Bu gün ölkəmizdə 600-dən çox otel var. Amma bu, kifayət deyil. Təkcə 5 ulduzlu yox, 4, 3, 2 ulduzlu otellər, hostellər, qonaq evi və “yaşıl turizm”lə bağlı kənd evlərinin sayını artırmaq lazımdır. Beləliklə, hər kəs öz büdcəsinə uyğun oteldə gecələmək imkanı əldə edəcək.

Sahibkarlara çağırış edərdim ki, indiki dönəmdə mümkün qədər otel sahəsinə daha çox sərmayə yartırsınlar. Bundan sonra bazarın öz-özünü tənzimlədiyinin, qiymətlərin normallaşdığının şahidi olacağıq. Qiymətlərin tənzimləmə mexanizminə dövlət, ictimai və özəl sektor məsuliyyətli deyil. Bu prosesi yalnız rəqabət mexanizmi tənzimləyir”.

Previous article“Qarabağ Azərbaycandır!” Rəsm və İnşa müsabiqələri yekunlaşdı
Next articleLənkəran şəhərində kütləvi dava baş verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here