Home İdman Azərbaycan yığması Millətlər Liqasında mübarizəyə başlayır

Azərbaycan yığması Millətlər Liqasında mübarizəyə başlayır

659
0

Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək.

Sosialxəbər.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağıdır. Oyun bu gün başlayacaq ən erkən qarşılaşma olacaq.

Paytaxt Nur-Sultandakı “Astana-Arena”da oynanılacaq matçı macarıstanlı İştvan Vadın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Qrupun digər matçında Belarus Serbiyada Slovakiyanı qəbul edəcək.

Həmçinin, Millətlər Liqasında bu gün digər görüşlər də baş tutacaq. Belçika – Niderland və Fransa – Danimarka matçları maraqla gözlənilir.

Previous articleXİN UNESKO ilə bağlı bəyanat yaydı
Next articleAzərbaycan dili Türkiyədə tədris oluna bilər

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here