Home QHT Heç kəs unudulmur, heç nə yaddan çıxmır layihəsi yekunlaşdı

Heç kəs unudulmur, heç nə yaddan çıxmır layihəsi yekunlaşdı

172
0

Sosialxəbər.az xəbər verir ki, “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrasını uğurla başa çatdırdı.

Layihənin məqsədi Ağdam, Bərdə və Tərtər rayonlarında şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək üçün təbliğat işini gücləndirmək idi . Məqsədə çatmaq üçün layihə çərçivəsində əhali arasında, xüsusi ilə gənclərin, yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün tədbirlərin təşkil olundu. Ağdam ,Bərdə və Tərtər rayonlarıda 8 tədbir keçrilib.

Tədbirlərdə 200 dən çox gənc iştirak edib.Qeyd edək ki, “Heç kəs unudulmur, heç nə yaddan çıxmır! layihəsi çərçivəsində şəhidlərın xatirəsini əbədiləşdirmək üçün şəhidlər bulağın inşa edildi.

31 may 2022-ci il tarixində Ağdam rayonunun Mirəşəlli kəndində Şəhidlər bulağının açılış mərasimi oldu. Azərbaycanın himni səsləndi.

Sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Addim Gənclərn Təşəbbüsünə Dəstək İB-nin sədri Tural Quliyev layihə haqqında məlumat verdi və bildirdi ki, “Şəhidlər cismən aramızda yoxdurlar, onlar daim Xalqımızın qəlbində yaşayacaqlar. Şəhidlərimizin əziz xatirəsinə həsr edilən kitablar, əsərlər, sərgilər videoçarxlar Xalqımızın Onlara olan sevgisinin bariz nümunəsidir.Və beləliklə də görürük ki,heç kim undulmur,heç nə yaddan çıxmır”.Şəhid atası Mehman Göyüşov çıxış edərək şəhidlərin əziz xatirəsinin gələcək nəsillərə çatdırılmasında görülən işlər dən danışdı və bu bulağın inşasını yüksək qiymətləndirdi.

Məktəblilər Vətənə,şəhidlərə aid şerlər söylədilər.
Tədbirdə Ağdam rayon İH-nin nümayəndələri Elmin Fətəliyev, Farid Muradov,Əhmədağalı ərazi nümayəndəsi Məhərrəm Quliyev,müavin Rizvan Məmmədov, şəhid valideynləri ,layihə rəhbəri Elşən Dadaşov,mətbuat işçiləri, QHT nümayəndələri iştirak etdilər. Sonda Tural Quliyev Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə,Ağdam Rayon İcra Hakimiyyətinə və tədbirin təşkilində əziyyəti olan hər kəsə təşəkkür etdi.
“Addım”Gənclərin Təşəbbüsünə Dəstək İB-nin mətbuat xidməti

Previous articleBakıda ağacı qanunsuz budayan şəxs cəzalandırıldı
Next article“Qarabağ Azərbaycandır!” Rəsm və İnşa müsabiqələri yekunlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here