Home Hadisə Narkotik çəkib taksi fəaliyyəti göstərən şəxs saxlanıldı

Narkotik çəkib taksi fəaliyyəti göstərən şəxs saxlanıldı

724
0

Narkotik vasitənin təsir altında taksi fəaliyyəti göstərən şəxs ifşa olunub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadənin qanunazidd əməllərinin qarşısı alınıb.

Belə ki, mayın 31-də “Toyota Prius” markalı, 99-RT-704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadə Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən stasionar postda saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı taksi sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Vüqar Süleymanzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Özü ilə yanaşı taksi xidməti göstərdiyi müştərilərinin də həyatını təhlükəyə atan Vüqar Süleymanzadə barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Previous articleBu gün Bakıda Enerji həftəsi başlayır
Next articleMehriban Əliyeva uşaqları təbrik etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here