Home QHT İctimai şura Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirdi

İctimai şura Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirdi

116
0

Azərbaycan
Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura Zığ Qəsəbə Mədəniyyət evi ilə birgə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir həyata keçirdi.
Beləki 1 may 2022-ci il tarixində İctimai Şuranın sədr müavini Nərminə Qəribova tərəfindən qəsəbə uşaqları arasında “İqlim dəyişikliyi yoxsa təbiətin qəzəbi” adlı rəsm müsabiqəsi elan edilmiş, uşaqlara təbiətin mühafizəsi, iqlim dəyişikliyində insanların rolu və ətraf mühitlə bağlı məlumatlar verilmişdi.
Uşaqların Beynəlxalq Müdafiəsinə həsr edilmiş tədbirdə İctimai Şuranın Sədri Amin Məmmədov, müavini Nərminə Qəribova və Şura üzvü “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova uşaqlara iqlim dəyişikliyi və ətraf mühitlə bağlı ətraflı məlumat verdilər. Layihədə 3 qalibin təltif olunması nəzərdə tutulsa da iqlim dəyişikliyi və təbiətin qəzəbini təsirli izah edən 11 gənc rəssam İctimai Şuranın sədri Amin Məmmədov tərəfindən sertifikat və hədiyyələrlə təltif edildi.
Əlavə olaraq mədəniyyət evinin bədii rəhbəri Könül Əhmədova və Qəsəbənin kitabxana müdiri Natəvan Raxulova ilə qəsəbə gənclərinin maarifləndirilməsi istiqamətində görüləcək işlər və İctimai Şüra tərəfindən payız aylarında icrası nəzərdə tutulan “Qəsəbəyə yeni nəfəs” layihəsi ilə bağlı müzakirələr aparıldı. Layihənin icrasına təşkilati dəstək verdiyi üçün Zığ Qəsəbə Mədəniyyət evinin rəhbəri Nurlan Həsənzadəyə, rəsmlərin seçilməsində iştirak edən rəssamlar Vüsalə Yunisova və Kəmalə Talıbovaya minnətdarlığımızı bildirdik.

Previous article“20 Yanvar” İB-i növbəti bir layihənin icrasını yekunlaşdırıb
Next articleƏcnəbilərin inteqrasiyası ilə bağlı icra olunan layihənin yekun tədbiri keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here