Xaçmaz rayonunda kütləvi dava olub.
Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhərinə yaxın, ət kombinatı adlanan ərazidə baş verib.
Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib.
Hadisə zamanı 8 nəfər birləşərək iki qardaşı – 1989-cu il təvəllüdlü Tural Yaşar oğlu Yaqubovu və onun qardaşı Anar Yaşar oğlu Yaqubovu döyüblər.
Xəsarət alan iki qardaş təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.