Home Dünya Nikol Bakıya gələ bilər, Robert və Serj isə… – Deputat

Nikol Bakıya gələ bilər, Robert və Serj isə… – Deputat

221
0

Postmüharibə dövrünün əsas hədəfi Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıdır. Bu istiqamətdə ardıcıl addımlar atılmaqdadır. Azərbaycan tərəfinin irəli sürdüyü beş baza prinsipini Ermanistan siyasi rəhbəri qəbul edib. Artıq qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində addımlar atılır. Əsas məsələlərdən biri də odur ki, yaxın perspektivdə vətəndaş cəmiyyəti inustitutları arasında təmaslar başlasın, ekspertlər arasında ünsiyyət yaransın.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Onun sözlərinə görə, son 30 ildə ilk dəfədir ki, XİN səviyyəsində telefon danışıqları baş tutub. Hər iki ölkənin müdafiə mazirlikləri arasında birbaşa kontaktlar mövcuddur. 3 dəfə Moskvanın, 3 dəfə isə Brüsselin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü keçirilib:

“Xalq diplomatiyasından istifadə məsələləri əsas hədəflərdəndir. Göründüyü kimi, bütün bu addımlar nəticə etibarilə iki dövlət arasında sülh müqaviləsinin imzalanmasını şərtləndirmək məqsədi daşıyır. Bu, bizim hədəfimizdir. Çünki daimi düşmənçilik etmək mümkün deyil.

Bizim Ermənistanla sülh müqaviləsi imzalamağımız vacibdir. Bu, Ermənistan üçün də olduqca vacibdir. Ermənistanın gələcək taleyi bundan aslıdır.

Təbii ki, sülh müqaviləsi imzalasaq belə, biz Xocalı kimi hadisələri heç vaxt yaddan çıxarmayacağıq! Biz ermənilərin törətdiyi vəhşiliyi, vandalizmi unutmayacağıq! Ermənilərin Azərbaycanın tarixi-mədəni abidələrini yerlə yeksan etdiyini unutmarıq! Biz bunları unutsaq, bizi tarix bağışlamaz! Eyni zamanda onun da fərqindəyik ki, təmaslar labüddür”.

Deputat Ermənistan baş nazirinin Azərbaycana gəlməsi məsələsinə toxunaraq qeyd edib ki, əgər sülh müqaviləsi imzalanarsa, münasibətlər normallaşarsa, dərhal olmasa belə, müəyyən perspektivdə gələ bilər:

“Amma birmənalı deyirəm ki, iki hərbi caninin Azərbaycana gəlməsi heç bir halda mümkün deyil: bunlardan biri Köçəryan, digəri isə Sərkisyandır. Onlar hərbi canidirlər! Əlləri Azərbaycan xalqının qanına batıb. Onlar həbs olunmalı və törətdikləri cinayətlərə görə məsuliyyət daşımalıdırlar!

Bir daha qeyd edirəm ki, münasibətlərin normallaşdırılması heç də o demək deyil ki, ermənilərin başımıza gətirdiyi bütün cinayətləri unutmalıyıq. Biz unutmamalıyıq və eyni zamanda onun da fərqində olmalıyıq ki, ikitərəfli münasibətlərimizdə yeni səhifə açılmalıdır. Elə bir səhifə ki, nəticə etibarilə bu regiona uzunmüddətli və davamlı sülh gətirmiş olsun”.

Previous articlePensiya sisteminin əhalinin sosial təminatında rolunun artırılması
Next articleXaçmazda 8 nəfər 2 qardaşı döydü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here