Home QHT “Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adlı dəyirmi masa keçirilib

“Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adlı dəyirmi masa keçirilib

211
0

Bu gün “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adlı layihə həyata keçirilib. Dəyirmi masanın əsas məqsədi layihə çərçivəsində hazırlanan “Əsrimizin qəhrəmanları” adlı kitabın çapı və təqdimatından sonra onun cəmiyyətə tanıdılması idi.

Dəyirmi masanı açıq elan edən “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev çıxışında təqdim olunan layihə barədə dəyirmi masa iştirakçılarına məlumat verib. Bildirib ki, şəhidlərimizə diqqət və qayğı dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir: “Azərbaycan Prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından iştirakı ilə şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının və bu kateqoriyadan olan insanların problemləri həll edilir. QHT olaraq biz də Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vətənin oğul və qızlarının adını əbədiləşdirmək, həm də onların keçdiyi müqəddəs yola yenidən işıq salmaq məqsədilə yeni layihəyə start verdik və yeni kitabı araya-ərsəyə gətirdik. İnanırıq ki, bu kitab hər bir oxucuya şəhidlərimiz haqqında doğru-düzgün məlumatın əldə edilməsinə yardımçı olacaq”.

Layihə rəhbəri şəhidlərimizi daim yaşadaq,gənc nəsillərə onların göstərdiyi cəsurluğu,igidliyi tanıdaq deyə ibtidai sinif müəllimlərinə göstərişlər verib.

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov da cıxış edərək dəyirmi masa iştirakçılarına, qonaqlara öz təşəkkürünü bildirib. N.İbrahimov qeyd edib ki, Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizə bütün insanların sayqı və hörməti böyükdür: “Onların müqəddəs ruhları qarşısında baş əyirik. Şəhid ailələrinə, qazilərimizə dövlətimizin diqqət və qayğısı göz qabağındadır. Onların problemlərinin həlli prioritet olaraq qalır. Qeyri-Hökumət Təşkilatları da dövlətimizin fəaliyyətinə, bu istiqamətdə apardığı siyasətə dəstək vermək üçün müxtəlif layihələr həyata keçirirlər. “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyinın bu gün təqdim etdiyi layihə də bu qəbildəndir”.

Daha sonra dəyirmi masada Memmedova Günel, İbrahimova Samirə və digər qonaqlar çıxış ediblər.

“Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adlı layihə “Əsrimizin qəhrəmanları” adlı kitabın müəllimələrə təqdimatı ilə son mərhələ başa çatıb.

Previous articleMilli Məclisin son iclası başladı
Next articleTosunun ölümü savaşın mənə tərs şilləsi oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here