Home Hadisə Ər küçədə keçmiş arvadını öldürdü

Ər küçədə keçmiş arvadını öldürdü

752
0

Mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il təvəllüdlü Ramil Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rəqsanə Məmmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Previous articleDTX-dən əməliyyat: “WhatsApp” yazışmalarının ələ keçirilməsi xidmətini təklif edən şəxs TUTULDU
Next articleTürkiyə Azərbaycanda hərbi baza yarada bilərmi?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here