Home QHT Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri 2 saylı Gəncə regional “ASAN...

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində olublar

169
0

Gəncə şəhərində səfərdə olan Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın nümayəndə heyəti 2022-ci il 30 yanvar tarixindən fəaliyyət göstərən 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzin işi ilə tanış olublar. Burada İctimai Şura üzvlərinə Mərkəzdə ümumi işin təşkili barədə ətraflı məlumat verilib. Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov Mərkəzin Miqrasiya bölməsinin fəaliyyəti və göstərilən miqrasiya xidmətləri barədə danışıb. Qeyd olunub ki, Mərkəzin Miqrasiya bölməsinə müraciət edən əcnəbilər Azərbaycanla intensiv miqrasiya mübadiləsində olan qonşu dövlətlərin vətəndaşlarıdır. Onların müraciətləri əksər hallarda olduğu yer üzrə qeydiyyat və müvəqqəti yaşamaq üçün icazəsi ilə bağlı olur. Bununla yanaşı vətəndaşlıq mənsubiyyətinin tanınması və iş icazələrinin alınması ilə bağlı müraciətlərin də Miqrasiya bölməsi tərəfindən qeydə alındığı bildirilib. “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov Miqrasiya bölməsində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin göstərilən xidmətlərdən məmnunluğunun ölçülməsi ilə bağlı müəyyən alətlərin tətbiq edilməsi və bu məsələnin Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən daima diqqət mərkəzində saxlanılması təklifi ilə çıxış edib.

Previous articlePasiyent Təşkilatlarının II Respublika Forumu keçirilib
Next articleBakıda 20 ton un aparan TIR yandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here