Home Hadisə Azərbaycanda dəhşətli hadisə: Yaşlı qadın yanaraq öldü

Azərbaycanda dəhşətli hadisə: Yaşlı qadın yanaraq öldü

306
0

Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Sosialxəbər.az “Report”a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənddə yerləşən fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində evdə yaşayan yaşlı qadın (ad və soyadı dəqiqləşdirilir – red.) yanaraq ölüb.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Previous articleƏfv sərəncamının icrasına başlanıldı
Next articleEkspert tələbələrin tələbinə dəstək verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here