Home Hadisə Xaçmazda çaya sel gəldi: Bir nəfər köməksiz qaldı

Xaçmazda çaya sel gəldi: Bir nəfər köməksiz qaldı

833
0

Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndi ərazisindən keçən hissəsində baş vermiş sel nəticəsində bir nəfər vətəndaş minik avtomobilində köməksiz vəziyyətdə qalıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yağan güclü yağışlarla əlaqədar Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndinin ərazisindən keçən hissəsində suyun səviyyəsinin sürətlə qalxması səbəbindən Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Dadaşov Namiq Akif oğlunun idarə etdiyi “Niva” markalı minik avtomobili çayda qalıb və nəticədə vətəndaş nəqliyyat vasitəsində həyati təhlükəli vəziyyətə düşüb.

Mərkəzin xilasediciləri operativ olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı çaydan çıxararaq xilas ediblər.

Previous articleGəncədə yaşayış binasında partlayış: Ölən var
Next articleBakıda polislər qəzaya düşdülər

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here