Home QHT Heç kəs unudulmur,heç nə yaddan çıxmır layihəsi yekunlaşır

Heç kəs unudulmur,heç nə yaddan çıxmır layihəsi yekunlaşır

290
0

“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrasını yekunlaşdırmaq üzrədir.

Bu barədə Sosialxəbər.az-a birliyin mətbuat xidmətindən bildirilib. Layihənin məqsədi Ağdam, Bərdə və Tərtər rayonlarından olan şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək üçün təbliğat işini gücləndirmək idi .

Məqsədə çatmaq üçün layihə çərçivəsində əhali arasında, xüsusi ilə gənclərin, yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün tədbirlərin təşkilidir.

Birlik layihə çərçivəsində Ağdam rayonu ,Bənövşələr qəsəbəsində 2 saylı tam orta məktəbdə 2 tədbir keçirdi. Hər iki tədbirdə Qarabağ uğrunda şəhid olan qəhrəman oğullarımız 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın himni səsləndi .

1-ci tədbirdə məktəbin drektoru T. Vəliməmmədova,şəhid ailələri,qazilər,müharibə iştirakçıları və şagirdələr iştirak etdi. Layihənin rəhbəri E. Dadaşov layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi. Bu günki tədbirdə iştirak edən bütün şəhid ailələrinə qazilərə və müharibə iştirakçılarına təşəkkür etdi.Bildirdi ki,” Şəhid ailələri və qazilərimizə dövlət tərəfindən diqqət və qayğı yüksək səviyyədədir .

Biz də dövlətin siyasətinə uyğun olaraq şəhid ailələri və qazilərlə qürur duyur və həmişə diqqətdə saxlayırıq”. Məktbin drektoru T. Vəliməmmədova ,şəhid atası Mehman, şəhid anası Maya xanım və digərləri şəhidlərimizlə bağlı xatirələrini bölüşdülər.
2 ci tədbirdə təşkilatın sədri T.Quliyev ,məktəbin dərs hissə müdiri,müəllim və şagirdlərin iştirakı ilə keçdi. Tədbirdə uşaqlar 44 günlük müharibə ilə bağlı xatirələrini danışdılar.

Onlar şəhidlər ölməz onlar bizim qəlbimizdə daimi yaşayacaq dedilət. Müəllimlərdən G.Əhmədova,Şirxan Həsənov və digərləri Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə təşəkkür etdilər.

Sonda T.Quliyev Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə,2 saylı Bənövşələr məktəbinin kollektivinə,rayon İcra Hakimiyyətinə təşəkkür etdi .

Qeyd: Layihə 4 ay müddətinə ( 01.02.22 –cı il tarixdən 01.06.22 –ci il) Ağdam, Bərdə və Tərtər rayonlarında həyata keçirilib.

Previous articleİctimai Şuranın üzvləri Gəncədə təhsil alan əcnəbi tələbələrlə görüşüblər
Next articleDSX-nin hərbçisi niyə intihar edib?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here