Home Hadisə Gəncədə yaşayış binasında partlayış: Ölən var

Gəncədə yaşayış binasında partlayış: Ölən var

303
0

Gəncə şəhərində beş mərtəbəli binada partlayış olub.

Sosialxəbər.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş verib.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

Yanğının başvermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Previous article“Müstəil Azərbaycan AXC-nin varisidir” adlı elmi konfrans keçirilib
Next articleXaçmazda çaya sel gəldi: Bir nəfər köməksiz qaldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here