Home QHT “ Biznesin səmərəli təşkili və sahibkarlıq fəaliyyətinə marağın atrırılması” layihəsi yekunlaşdı

“ Biznesin səmərəli təşkili və sahibkarlıq fəaliyyətinə marağın atrırılması” layihəsi yekunlaşdı

236
0

“Qarabağ” Kənd Təsərüfatının İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda gənclər üçün “ biznesin səmərəli təşkili və sahibkarlıq fəaliyyətinə marağın atrırılması” mövzusunda təlimlərinin keçirilməsi “ adlı layihəsini yekunlaşdırıb.

Bu barədə Sosialxəbər.az-a “Qarabağ” Kənd Təsərüfatının İnkişafına Dəstək İb-nin mətbuat xidmətindən verilən məlumata gorə,layihənin məqsədi” Sahibkarlığın inkişafını təmin etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə təlimlərin keçirilməsidir”.
Mətbuat xidmətinin məlumatına görə layihə çərçivəsində Ağdam ,Ağcabədi və Tərtər rayonlarında gənclərə 10 təlim keçirilib. Tərtər rayonunda Hüseynli,Yuxarı Qapanlı və Köçərli kəndlərində; Ağcabədi rayonunda kollecin binasında 1,ADPU-in binasında 2 tədbir; Ağdam rayonunda Dördyol-1,Dördyol-2 qəsəbələrində,Ağdam sİkollecində və Quzanlı-100 evlər qəsəbəsində tədbir keçirmişdir.

Layihənin rəhbəri X.İsrəfilzadə bildirdi ki, Azərbyacanda gənclərin fəaliyyətinin gücləndirilməsi, onların məşğulluq imkanlarının artırılması üçün sahibkarlıqla məşğul olmaq istəyən gənclərin maarifləndirilməsi, onlara biznes bacarıqlarının inkişafı istiqamətində təlimlərin keçirilməsi, hüquqi biliklərinin və bacarıqlarının artırılması çox vacibdir. Bu fəaliyyətin həyata keçirilməsi gələcəkdə gənclərin sahibkarlıq sektorunda iştirakını artıracaqdır.” İştirakçılar təlimi maraqla qarşılamış və davamlı olmasını təklif etmişlər. Onlar Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Qarabağ”Kənd Təsərüfatının İnkişafına Dəstək İB-nə təşəkkür etmişlər.

Qeyd: Layihə 4 ay müddətində Ağdam ,Ağcabədi və Tərtər rayonlarında həyata keçirilməsi planlaşdırılmışdı.

Previous articleCavid Qurbanovun yerinə gələn kimdir? – Dosye
Next articleİctimai Şuranın üzvləri Gəncədə təhsil alan əcnəbi tələbələrlə görüşüblər

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here