Home Hadisə Azərbaycanda sərnişin mikroavtobusu qəzaya düşdü: Çox sayda yaralı var

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya düşdü: Çox sayda yaralı var

318
0

Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.

Sosialxəbər.az “Report”a istinadən məlumatına görə, Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən “Ford” markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub.

Hadisə zamanı Goranboy rayon sakinləri: 1981-ci il təvəllüdlü Zaur Kərimov, Qəşəm Məmmədov (1965-ci il), Abbas Abbasov (1984-cü il), Süsən Rzayeva (1979-cu il), Yeganə Daşdəmirova (1970-ci il), Ayxan Rzazadə (2000-ci il), Bəylər Rzayev (2004-cü il), Aynurə Quliyeva (1986-cı il) və daha bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Previous articleBakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir
Next articleYerli su da “qlobal böhrana görə” bahalaşır?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here