Home Hərbi Bakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir

Bakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir

982
0

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində Bakıda təyyarə və vertolyotların növbəti sınaq uçuşları keçirilir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

“Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, – nazirlikdən qeyd olunub.

Xatırladaq ki, sınaq uçuşları mayın 23-dən başlayıb.

Previous articleBakıda TIR aşdı: iranlı sürücünün qolu kəsildi
Next articleAzərbaycanda sərnişin mikroavtobusu qəzaya düşdü: Çox sayda yaralı var

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here