Home Cəmiyyət Azərbaycanda təmizlik idarəsi təmizliyə görə CƏRİMƏLƏNDİ

Azərbaycanda təmizlik idarəsi təmizliyə görə CƏRİMƏLƏNDİ

211
0

Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsində nöqsan aşkar olunub.

Sosialxəbər.az xəbər verir ki, idarə əməkdaşları sənaye tullantılarını məhv edərkən ətraf mühitə və ekologiyaya zərər vurublar.

Ona görə də idarə barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün rayon məhkəməsinə göndərilib. İş hakim Çingiz İsgəndərovun icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər 6 500 manatdan 8 000 manatadək cərimələnir.

Previous article3 kəndi əhatə edən yol yenidən qurulur – Video
Next articleBakıda TIR aşdı: iranlı sürücünün qolu kəsildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here