Home Hadisə Məktəblinin ölümünə görə “Azərişıq” əməkdaşı tutuldu

Məktəblinin ölümünə görə “Azərişıq” əməkdaşı tutuldu

251
0

Cəlilabadda məktəblinin ölümünə görə Azərişıq ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a rayon prokurorluğundan məlumat verilib.

08.02.2022-ci il tarixdə Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Azərişıq ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Previous articleGürcüstanın din xadimləri Gəncəyə getdi
Next articleHəlimə Yaqub İlham Əliyevi təbrik etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here