Qax rayonunda avtomobil aşıb.
Sosialxəbər.az Oxu.Az-a istinadən məlumatına görə, hərəkətdə olan VAZ-2106 avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Sürücü Hüseynli Hüseyn Azər oğlunun sərnişinləri – 1998-ci il təvəllüdlü Tural Rəşidov və 1993-cü il təvəllüdlü Rövşən Əhmədli xəsarət alıblar.
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.