Home QHT “Jest dilində vətən və vətənpərvərlik mövzusu layihəsinin yekun tədbiri keçirilib – FOTO...

“Jest dilində vətən və vətənpərvərlik mövzusu layihəsinin yekun tədbiri keçirilib – FOTO +VİDEO

195
0

Mayın 20-də Abşeron Rayon Mədəniyyət Mərkəzi “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Jest dilində vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili layihəsinin yekun tədbiri keçirib.

Sosialxəbər.az xəbər verir ki, tədbirin və layihənin əsasını məhdudiyyətli insanların vətən sevgisi, müharibə dövründə keçirdikləri hiss və duyğuların təcəssümü əks etdirirdi. Tədbir ilk olaraq məhdudiyyəti insanların dili olan jest dilində çəkilən Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı sosial çarxla başladı.

Daha sonra tədbiri “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” ictimai birliyinin rəhbəri Cəmilə Abdulova açaraq, gələn qonaqları salamladı və layihə haqqında geniş məlumat verdi. Tədbirdə iştirak edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar xanım çıxış edərək, ilk öncə Abşeron rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin bu kimi tədbirlərə, əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşmasını qeyd etdi. Gənclər arasında vətənpərvərlik mövzusunda layihələrin keçirilməsini və gənclərimizin vətənpərvərlik ruhda yetişməsinə böyük dəstək olduğunu bildirən Abşeron rayon İcra Hakimiyyəti müavini Gülnar xanım, bu kimi layihələrin təşkilini çox yüksək qiymətləndirdiyini bildirdi.

Daha sonra tədbirdə iştirak edən Abşeron rayon idarə və təşkilatları, Qeyri-Hökumət Təşkilatı rəhbərləri, valideynlər layihə barədə fikirlərini bildirdilər. Layihə çərçivəsində eşitmə məhdudiyyətli gənclərin iştirak etdiyi “Mən Əsgərəm” adlı sosial çarx, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimi Günel Kərimovanın rəhbərliyi ilə şagirdləri tərəfindən “Şuşanın dağları” jest dili ilə rəqs kompozisiyası, 11 nömrəli xüsusi təhsil məktəbinin müəllimləri Nazilə Məhərrəmova və Gülnarə Əhmədova rəhbərliyi ilə həmin məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Sarı gəlin” kompozisiyası, 2-ci Qarabağ müharibəsi qazisi Rəşad Mirzəyevin həyatı və eşitmə məhdudiyyəti olan valideynləri ilə bağlı çəkilmiş videorolik izləyicilərə təqdim edildi. Ən sonda isə hərbi səhnəciklə tədbir proqramı yekunlaşdı. Tədbirin yekununda iştirakçılara və layihəyə dəstək olan şəxslərə və qurumlara təşəkkürnamələr təqdim edildi.

Qeyd edək ki, layihənin birinci hissəsi eşitmə məhdudiyyətli gənclərin Gəncədə terror olan əraziyə ziyarəti ilə başlayıb. Layihənin aparıcısı və ssenari üzrə idarəçi İctimai televiziyanın müxbir-aparıcısı və İşarə dili, nitq sahəsi üzrə təlimçi və təşkilatçı Nuranə Abıyevadır.

Previous articleXocavənddə xeyli silah-sursat aşkarlandı
Next articleMay ayında “qeyri-standart” hava: Azərbaycanda 10 santimetrdən çox qar yağıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here