Home Qarabağ İrəvanın Bakıya təkliflərindəki hiylələr – Mixaylov

İrəvanın Bakıya təkliflərindəki hiylələr – Mixaylov

191
0

İrəvan növbəti dəfə Azərbaycanla münasibətlərin normallaşmasında özü üçün “imkan pəncərələri” saxlamağa çalışır.

Sosialxəbər.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

“İrəvanın irəli sürdüyü təkliflər arasında Azərbaycanın sadəcə olaraq sazişin imzalanmasına razılıq verməməsini təmin etməyə yönəlmiş bir çox erməni “hiylələri” var – məsələn, “Qarabağın və orada yaşayan ermənilərin “status”u adlandırılan” prinsiplər. Eyni zamanda, Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının vətəndaşları olduğu faktı qalır. Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, bu, dəyişməzdir. Ən yaxşı halda Qarabağda, yenə Azərbaycanın daxilində mədəni muxtariyyət yaradıla bilər. Və indiki şəraitdə ATƏT-in Minsk Qrupu ilə bağlı “hiylələr” heç də işə yaramır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov MQ-nin dağıldığını açıq şəkildə bəyan edib. Aydındır ki, İrəvan bu məsələni manipulyasiya etməkdə, Fransa və ABŞ-ı köməyə təhrik etməkdə davam edir. Amma bunun sonda nəticə verəcəyini düşünmürəm”, – ekspert bildirib.

Previous articleİrəvanla elan olunan görüş niyə baş tutmadı?
Next articleBakıda kütləvi dava olub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here