Home Hadisə Bakıda məktəbdə şagird bıçaqlandı

Bakıda məktəbdə şagird bıçaqlandı

824
0

Bakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub.

Sosialxəbər.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə baş verib.

Məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü oğlan şəxsi münaqişə zəminində 8-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü oğlanı bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə polisə məlumat daxil olub.

“Müvafiq ekspertizalar təyin olunub. Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan şagir xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır”, – E.Hacıyev bildirib.

Previous articleMüəllim əməliyyat masasında öldü
Next articleNeft yenidən bahalaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here