Home QHT Təlimlər: ”İngilis dili könüllüləri” .

Təlimlər: ”İngilis dili könüllüləri” .

262
0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə “İngilis dili bacarıqlarının inkişaf etdirmək məqsədilə ingilis dili kurslar vasitəsilə gənclərin marifləndirici “İngilis dilli könüllülər”qrupunun yaradılması adlanır. 
1 aprel 2022-ci ildə Suraxanı Gənclər Evində  “İngilis dilli könüllülər”qrupunun təlimi keçirildi. İlk təlimdə QHT-lərə Dövlət dəstəyi Agentliyinin əməkdaşı, layihənin koordinatoru Xatirə xanım  Bəşirova, layihənin eksperti Cəsarət Hüseynzadə, iki təlimçi, QHT və media nümayəndələri iştirak etdilər. QHT-lərə Dövlət dəstəyi Agentliyinin əməkdaşı Xatirə xanım  Bəşirova çıxış edərək gənclərə, məktəblilərə uğurlar dilədi.
 Qeyd etdi ki, belə layihələrin dəstəklənməsi əslində dövlətin  qayğısıdır. 
Sırlarınızdan bəlkə də diplomatlar çıxacaq. Ona görə də təlimlərdən maksimum istifadə edib,dil öyrənməkdə maraqlı olun. Ölkəmizin haqq savaşında sizlərin də rolu olmalıdır. 
Layihənin eksperti qeyd etdi ki, QHT-lərə Dövlət dəstəyi Agentliyinin dəstəklədiyi belə layihələr çox maraqlıdı.
Vətən naminə  fəaliyyətlərdə hər kəsin əməyi olmalıdır. Sizlər də vətənin gələcəyi olaraq bunu dərk edərək belə layihələrdən yararlanmalısınız.
 Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyi layihənin keçirilməsində dəstəyə görə Suraxanı  Gənclər Evinə minnətdarlıq bildirildi.
    Qeyd edək ki, ilk təlimdə uşaqların maraqlarını görməmək mümkün deyildi. Bir neçə məktəbli sinif yoldaşlarının da təlimlərə cəlb olunmasını xahiş etdilər. 
Bu təklif layihəni icra edən qrup tərəfindən müsbət qarşılandı. Verilən tapşırıqlar, testlərə cavablar təlimçiləri qane etdi. Könüllüləri həm də həvəsləndirmək üçün təlimçilər “əla, afərin” deyirdilər.
Daha sonra könüllülər çay, kofe, şirniyyat masası ətrafındatəlimləri  davam etdirdilər. 
Təlimçilər qeyd etdilər ki, sonda diplomla yanaşı onlara həm də foto və video görüntülər bağışlanacaq.

Previous articleQuba Rayonunda “Əsrimizin Qəhrəmanları” adlı kitabın təqdimetmə mərasimi keçirilib
Next articleABŞ professoru: İrəvan müsəlman şəhəri idi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here