Home QHT Quba Rayonunda “Əsrimizin Qəhrəmanları” adlı kitabın təqdimetmə mərasimi keçirilib

Quba Rayonunda “Əsrimizin Qəhrəmanları” adlı kitabın təqdimetmə mərasimi keçirilib

128
0

Dünən Quba Rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin “Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 44 günlük Vətən savaşında canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Əsrimizin Qəhrəmanları” adlı kitabın təqdimetmə mərasimi keçirilmişdir.
Tədbirdə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, təşkilatın Nəzarət Təftiş Komissiyasının sədri, Niyaməddin İbrahimov, yeganə övladını şəhid verən Tünzalə Zöhrabova, Quba Rayon İcra Hakimiyyətinin məsul Şəxsi Əhməd Nurullayev Vətən Müharibəsi Qəhrəmanı Şəhid Mehrab Niftəliyevin atası Söhrab Niftəliyev, ADPU Quba filialının direktor köməkçisi Mürvət Əliyev, ADPU Quba filialının əməkdaşı, Nəhayət Şirinova, Quba rayonundan Vətən uğrunda şəhadət zirvəsinə ucalan şəhidlərin ailə üzvləri,
3 saylı sağlamlıq imkanları məhdud Respublika xüsusu təyinatlı internat məktəbinin şagirdləri və müllimi Günel Kərimova,
təskilatın Quba rayon nümayəndəsi və digər rayon nümayəndələri, media nümayəndələri, ADPU Quba filialının tələbələri iştirak etmişdir. Tədbirdə təşkilat sədri Rövşən Ağamalıyev “Əsrimizin Qəhrəmanları” kitabı barədə geniş məlumat vermiş, şəhid ailələrinin fikirləri onları narahat edən məsələlər hagda fikir mübadiləsi aparmışdır. Təskilatın NTK-nın sədri Niyaməddin İbrahimov öz çıxışında layihə haqqında geniş məlumat vermis, belə tədbirlərin mahiyyətini vurğulamışdır. ADPU Quba filialının direktor köməkçisi Mürvət Əliyev çıxış etmiş və tədbirin məhz ADPU Quba filialında təşkil olunmasına görə xüsusi mintdarlığını bildirmişdir.
Qeyd edək ki, təşkilat adından tədbirdə göstərdiyi köməkliyi görə Mürvət Əliyev Təşkilatın sədri Rövşən Ağamalıyev tərəfindən Fəxri Fərmanla təltif olundu. Daha sonra Nəhayət Şirinova vətənpərvərlik mövzusunda çıxış etmiş və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirmişdir. Daha sonra bütün Şəhid ailələrinə kitablar təqdim olunmuş və xatirə şəkli çəkilmisdir. Tədbir Şəhid ailələri ilə birlikdə Quba Şəhidlər Xiyabanında davam etmiş, şəhidlərimizin əziz xatirəsi yad edilmiş, məzarı üzərinə əklillər qoyulmuşdur.

Previous articleTeymur Musayev Türkiyəyə getdi
Next articleTəlimlər: ”İngilis dili könüllüləri” .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here