Home Hadisə Mənzildə meyit tapıldı: 24 gün əvvəl öldürülübmüş

Mənzildə meyit tapıldı: 24 gün əvvəl öldürülübmüş

765
0

Bakıda meyiti tapılan şəxsin 24 gün əvvəl öldürüldüyü məlum olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Belə ki, mayın 16-ı saat 11 radələrində rayonun Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Toplanan ilkin sübutlar nəticəsində cinayət əməlininin 1989-cu ildə Bakı şəhərində anadan olmuş Emil Ağayev tərəfindən 23 aprel 2022-ci il tarixdə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Previous articleİrəvanda etiraz aksiyaları yenidən başladı
Next articleMilli Məclis Aparatında kadr dəyişiklikləri olub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here