Home Cəmiyyət Bakıda kirayə ev axtaranlar üçün pis xəbər – VİDEO

Bakıda kirayə ev axtaranlar üçün pis xəbər – VİDEO

194
0

Son bir neçə aydır ki, kirayə mənzil bazarında durğunluq yaşanır. Ekspertlər bunu kirayə evlərin qiymətinin hər keçən gün bahalaşması ilə əlaqələndirirlər. Hər il bu aylarda kirayə mənzillərin qiymətində enmə müşahidə edilsə də, bu ilə əksinədir. Bəs buna səbəb nədir?

Pandemiya qaydalarının yumşalması kirayə mənzil bazarında qiymətlərə ciddi təsir edib.

Əvvəllər bu aylarda paytaxtda kirayə mənzillərin qiymətində enmə müşahidə edilirdisə, bu tendensiyadan indi əsər əlamət yoxdur. Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, səbəb dərslərin ənənəvi qaydada keçirilməsidir. Bakıda kirayədə yaşayan tələbələr qaldıqları evi tətil vaxtında sahibinə qaytarmırlar. 

Ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov da deyir ki, tələbələr kirayə mənzilləri vermədikləri üçün bazarda mənzil qıtlığı yaranıb. Rəqabət azaldığından kirayə mənzillərin qiyməti də bahalaşıb.

Ekspert Nofəl Quliyev deyir ki, paytaxtda kirayə mənzil bazarı müştərilərinin təxminən 70-75 faizini tələbələr təşkil edir. Ekspertin sözlərinə görə, hazırda evlərin qiymətində 100-150 manat bahalaşma var. Əgər bazarda mənzil çox olmazsa, qiymət artımı növbəti aylarda da davam edəcək. 

Ekspertlər onu da bildirirlər ki, hazırda kirayə mənzil bazarında ən çox tələbat ikiotaqlı mənzillərədir.

Previous articleAstarada çay məcrasından çıxdı: Evlər təhlükə qarşısında – VİDEO
Next articlebp-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here