Home Qarabağ Azərbaycan Ordusu istəsə, Türkiyə MN edəcək

Azərbaycan Ordusu istəsə, Türkiyə MN edəcək

308
0

Azərbaycan Ordusunun təchizatı ilə bağlı məsələlərdə Türkiyə ilk sıralarda olan ölkələrdən biridir. Türkiyə Azərbaycan müdafiə sənayesinin inkişafı birbaşa dəstəkləyir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əlaqələri Axar.az-a şərh edən Ankara Sosial Elmlər Universitetinin müəllimi Murad Yaşıldaş deyib.

Alimin sözlərinə görə, 2010-cu ildə yeni mərhələyə daxil olan əlaqələr TEKNOFEST-lə daha da inkişaf edəcək:

“2010-cu ildə imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə ilə əlaqələrin daha yüksək səviyyədə hüquqi zəmini yaradıldı. Müqavilədə zərurət yaranacağı halda Azərbaycan Ordusunun bütün ehtiyaclarının Türkiyə Müdafiə Nazirliyi tərəfindən qarşılanacağı təsbit olundu. Bu məsələ Azərbaycanın zəfər qazandığı İkinci Qarabağ müharibəsi zamanı da özünü göstərdi. Azərbaycanın Türkiyədən aldığı “Bayraqdar TB2” PUA-ları Qarabağ müharibəsində qələbənin qazanılmasında önəmli faktorlardan biridir. Bu ayın sonunda Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalından sonra əməkdaşlıq texnologiya sahəsində ortaq investisiya layihələri ilə daha da güclənəcək. Türkiyədə müdafiə sənayesi sahəsində hazırda təxminən 750 layihənin həyata keçirilməsi üçün iş aparılır. Bu layihələr kiçik ölçülü sistemlərin istehsalından döyüş təyyarələrinin istehsalına qədər çoxşaxəlidir. TEKNOFEST festivalında şirkətlərimiz bir-birilə daha yaxından tanış olacaq və böyük ehtimal yeni sazişlər imzalanacaq. Festival təcrübə mübadiləsi və cəmiyyətin mövcud nailiyyətlərlə tanışlığı baxımından önəmlidir. Tədbir ortaq araşdırma fəaliyyətləri, eyni zamanda birgə istehsal üçün ölkələrimiz qarşısında yeni imkanlar açacaq”.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalının 26-29 mayda keçiriləcəyi gözlənilir.

Previous articleİnkluziv iqtisadi modelin inkişafı: əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı layihənin yekun tədbiri keçirildi
Next articleİrəvanın Bakıya təklifi yayıldı – 6 məkrli “şərt”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here