Home Qarabağ Yaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək?

Yaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək?

61
0

İşğaldan azad edilmiş ərazilərə getmək istəyən, yaşı 18-dən aşağı olan vətəndaşlara bilet satılmır.

Bu qadağa nə vaxt aradan götürüləcək?

Sosialxəbər.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə açıqlamada məsələnin gündəmdə olmadığı bildirilib.

“İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə yaşı 18-dən yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. Yaşı 18-dən aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir. Əsas səbəb uşaqların təhükəsizliyidir. Növbəti mərhələlərdə bu məsələyə baxılacaq”, – açıqlamada deyilir.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə yanvarın 24-də ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib. Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.

Previous articleAzərbaycanda məskunlaşan miqrantların inteqrasiyasının aktual məsələləri müzakirə edilib- FOTOLAR
Next articleLisey və gimnaziyalara şagird qəbuluna başlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here