Home Təhsil Lisey və gimnaziyalara şagird qəbuluna başlanıldı

Lisey və gimnaziyalara şagird qəbuluna başlanıldı

56
0

Bu gündən ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə başlanılıb.

Sosialxəbər.az bildirir ki, Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu bu portal üzərindən iyunun 9-dək həyata keçiriləcək.

Valideynlər qeyd edilən portal üzərindən övladının şəxsi kabineti vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar.

İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədi ilə tapşırıqlar təqdim ediləcək.

Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:

– 17 iyun – V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);

– 18 iyun – VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);

– 19 iyun – VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);

– 20 iyun – VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı ilə müvafiq linkə keçid edərək tanış ola bilərsiniz.

Previous articleYaşı 18-dən aşağı şəxslər Şuşaya gedə biləcək?
Next articleEyvazov Seyfullah Hacımüftüoğlu ilə görüşdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here