Home Cəmiyyət Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır – Deputat

Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır – Deputat

186
0

Dərman vasitələri ölkəmizə qanunvericilik əsasında gətirilir.

Sosialxəbər.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri müavini, deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bəzən ehtiyac olan dərmanlara əlçatanlıq az olur:

“Bəzən dərmanlar uyğun olmayan çox yüksək qiymətlərə satılır. Bu gün dövlətin aidiyyəti qurumları ortaq müzakirələrlə dərmanların gətirilməsiylə bağlı qanunvericiliyin tələblərinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün güclərini səfərbər ediblər.

Hər bir vətəndaşın özünü rahat Azərbaycan səhiyyəsinə əmanət etməsi üçün var gücü ilə çalışırıq. Yaxın gələcəkdə biz bunların nəticələrini görəcəyik”.

Previous articleBu şəxslərə hərbi xidmətdən möhlət verildi
Next articleSuraxanı gənclərinə təhlükəli yolxucu xəstəliklərin profilaktikası məqsədi ilə ictimai maarifləndirmə tədbiri keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here