Home İdman Ukraynalı dünya çempionuna Azərbaycan pasportu verildi

Ukraynalı dünya çempionuna Azərbaycan pasportu verildi

2443
0

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ukraynalı dünya çempionunu milliləşdirib.

Sosialxəbər.az Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, bu, Diana Dımçenkodur.

O, bundan sonra akademik avarçəkmə yarışlarında Azərbaycanı təmsil edəcək. 32 yaşlı idmançının vətəndaşlığını dəyişməsində ölkəsində baş verən müharibə ilə əlaqədar Ukraynanın beynəlxalq yarışlarda iştirakının mümkünsüzlüyü də rol oynayıb.

Qeyd edək ki, Dımçenko 2018-ci ildə Böyük Britaniyanın (Şotlandiyanın) Qlazqo şəhərində Avropa çempionatının bürünc medalını qazanıb. Həmin vaxt o, 07:32.670 vaxt göstəricisi ilə finişə çatıb. Dımçenko ötən il Dünya Kubokunun Italiyada keçirilmiş III mərhələsinin qalibi adını qazanıb. O, ardıcıl dörd il (2017-2020) sahildə keçirilən akademik avarçəkmə üzrə dünya çempionu olub.

Ukraynalı idmançı bu ay Suqovuşan və Mingəçevirdə keçirilmiş “Prezident Kuboku-2022” yarışını tribunadan izləyənlər arasında olub. Diana Dımçenkonun 28-29 mayda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Dünya Kubokunun I mərhələsində iştirakı gözlənilir.

Previous articleFHN-nin sabiq rəis müavininə cinayət işi açıldı
Next articleSubbakalavrların qeydiyyatı başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here