Home Dünya Paşinyanın müavininin hərbi xidmətdən yayındığı üçün beynəlxalq axtarışa verildiyi üzə çıxdı

Paşinyanın müavininin hərbi xidmətdən yayındığı üçün beynəlxalq axtarışa verildiyi üzə çıxdı

185
0

Ermənistanın baş nazirinin müavini Ambartsum Matevosyan beynəlxalq axtarışa verilib.

Buna səbəb olaraq onun hərbi xidmətdən yayınması göstərilir. Ona qarşı 2011-ci ildə Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin birinci bəndinə əsasən ittiham irəli sürülüb.

2012-ci ilin fevralın 3-də axtarışa verilib. Axtarış həmin ilin dekabrın 28-də dayandırılıb. Lakin cinayət işinə xitam verilməsinin səbəbləri açıqlanmayıb.

A.Matevosyan mətbuatın məsələnin aydınlaşdırılması istiqamətində suallarını da cavabsız qoyub.

Previous articleDüşmən Kəlbəcərdəki mövqelərimizi atəşə tutdu
Next articleMədət Quliyev gimnastları təltif etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here