Home Hadisə DSX-nin giziri intihar etdi, cinayət işi açıldı

DSX-nin giziri intihar etdi, cinayət işi açıldı

336
0

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Tərlan Rafiq oğlu Əlizadə yaşadığı xidməti mənzildə intihar edib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) gizirinin özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, 10 may 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub:

“Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.

Previous articleSoçidən Bakıya uçuşlar bərpa edildi
Next articleSilah və hərbi texnika yay istismar rejiminə keçirilir – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here