Home Cəmiyyət Mir Şahinin radiosu yayıma başladı

Mir Şahinin radiosu yayıma başladı

48
0

Real FM radiosu 10 may tarixindən etibarən əsas yayıma çıxıb.

Sosialxəbər.az xəbər verir ki, dinləyiciləri ölkədə və dünyada baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırmağı qarşısına məqsəd qoymuş Real FM-in yayımının əsas hissəsini xəbərlər təşkil edir. Radio səhər efirinə ötən gün və gecə saatlarında baş vermiş hadisələrin, gündəmin müzakirəsi ilə başlayır, daha sonra dinləyiciləri hər saatın tamamında və yarısında xəbər buraxılışları, eləcə də qısa xəbərlər, reportajlar, müsahibələr vasitəsilə məlumatlandırır.

Bundan başqa yaxın zamanda radionun efirində vətəndaşların müraciətlərini aidiyyəti qurumlara çatdıraraq onların problemlərinin həllinə, suallarının cavablandırılmasına şərait yaradacaq verilişin hazırlanması nəzərdə tutulur. Axşama doğru isə yekun xəbər buraxılışında gün ərzində baş verənlərin icmalı şərh ediləcək, rəsmi qurumların açıqlamaları təqdim olunacaq.

Xəbərlərlə yanaşı efirin bir hissəni isə zövqlü musiqi bəzəyir. Dinləyicilər xəbərlər və verilişlər arasında müxtəlif zamanların ən sevilən hitlərini dinləyə biləcəklər.

Real FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır.

Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.

Previous articleAbşeron rayonunda İnkluziv iqtisadi modelin inkişafı mövzusunda tədbir keçiriləcək
Next articleNeft kəskin ucuzlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here