Home Hadisə Lahıcda uçqun nəticəsində yol bağlandı

Lahıcda uçqun nəticəsində yol bağlandı

797
0

İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib. Nəticədə yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, yol bağlanıb.

Sosialxəbər.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, Lahıcda torpaq uçqunu zamanı bağlanan yolun açılması istiqamətində işlər aparılır:

“Dağdan yolun hərəkət hissəsinə qaya parçaları uçub. Hazırda əraziyə texnika və canlı qüvvə cəlb edilib. Təxminən 40 dəqiqə ərzində yol qaya parçalarından təmizlənəcək”.

Previous articleXİN Qələbə Günü ilə bağlı bəyanat yaydı
Next articleLaçında qəzaya uğrayan “Ural” hərbi təyinatlı olub? – YENİLƏNİB + AÇIQLAMA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here