Home DİN Laçında qəzaya uğrayan “Ural” hərbi təyinatlı olub? – YENİLƏNİB + AÇIQLAMA

Laçında qəzaya uğrayan “Ural” hərbi təyinatlı olub? – YENİLƏNİB + AÇIQLAMA

198
0

Müdafiə Nazirliyi Laçında qəzaya uğrayan “Ural” markalı avtomobilin hərbi təyinatlı olması iddialarına cavab verib.

Sosialxəbər.az bildirir ki, Qurumdan Oxu.Az-a verilən məlumata görə, Nazirliyin tabeliyinə aid hərbi hissələrdə belə bir hadisə baş verməyib.

Qeyd edək ki, qəzaya uğrayan yük maşınının hərbi təyinatlı olduğu iddia edilirdi.

11:18

Laçın rayonunda avtomobil aşıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.

Previous articleLahıcda uçqun nəticəsində yol bağlandı
Next articleArvadını öldürüb, qayınanasını yaralayan şəxs tutuldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here