Home DİN Arvadını öldürüb, qayınanasını yaralayan şəxs tutuldu

Arvadını öldürüb, qayınanasını yaralayan şəxs tutuldu

212
0

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda qadının qətli ilə bağlı məlumat yayıb.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətindən Axar.az-a daxil olan məlumatda deyilir:

“Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Araşdırma aparılır”.

Previous articleLaçında qəzaya uğrayan “Ural” hərbi təyinatlı olub? – YENİLƏNİB + AÇIQLAMA
Next articleAbşeron rayonunda İnkluziv iqtisadi modelin inkişafı mövzusunda tədbir keçiriləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here