Home QHT Abşeron rayonunda İnkluziv iqtisadi modelin inkişafı mövzusunda tədbir keçiriləcək

Abşeron rayonunda İnkluziv iqtisadi modelin inkişafı mövzusunda tədbir keçiriləcək

124
0

Sosialxəbər.az bildirir ki, “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün elan etdiyi kiçik qrant müsabiqəsində qalib olmuşdur.

Birliyin Qalib olduğu “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması”adlı layihə Regionlarda (Sumqayıt şəhəri, İsmayıllı.Qəbələ,Şəki,Zaqatala rayonlarında) İ.Ə.İ.B-yi tərəfindən uğurla davam etdirilmiş və,layihə çərcivəsində son olaraq Abşeron Rayonunda kecirilməsi nəzərdə tutulur.
Layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihə çərçivəsində altıncı (sonuncu) tədbir 13 May 2022-ci il tarixdə saat 11:00-da Abşeron Rayon’’Heydər Əliyev Mərkəzi’’-ndə keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır.

Tədbirdə QHT Agentliyinin,Məşğuluq Agentliyinin,KOBİA-yi Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri,QHT rəhbərləri və,əlilliyi olan şəxslər iştrak edəcəyi gözlənilir.

Previous articleArvadını öldürüb, qayınanasını yaralayan şəxs tutuldu
Next articleMir Şahinin radiosu yayıma başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here