Home QHT Tərtərdə “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi”...

Tərtərdə “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda müzakirə keçirildi

28
0

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Tərtər rayonunda icra etdiyi “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda yekun müzakirə-dinləmə keçirilmişdir.

Sosialxəbər.az xəbər verir ki, tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Rəqsanə Məmmədli, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin Regional bölmələrlə iş sektorunun müdiri Samir Əliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 7 saylı regional bölməsinin müdiri Məqsəd Babayev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ Regional filialının Tərtər rayon şöbəsinin müdiri Ruslan Mahmudov və pensiya yaşına çatmış şəxslər iştirak etmişdir.

Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova layihənin donoru və layihə haqqında məlumat verdi və qeyd etdi ki, artıq 3 rayonda İmişli, Bərdə, Füzuli rayonlarında “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir, yekun olaraq Tərtər rayonunda bu mövzu müzakirə olunur. O, həmçinin qeyd etdi ki, tədbirin paytaxt və regionlarda təşkil edilməsində məqsəd, movcud vəziyyətin icma iqtisadiyyatlarının, o cümlədən əmək bazarının, əmək haqqı səviyyəsinin fərqli inkişaf səviyyəsində olduğu bölgələrdə pensiya sisteminin təsirlərinin daha dəqiq qiymətləndirilməsidir.

Layihənin eksperti Rəşad Həsənov çıxış edərək tədbir iştirakçılarına layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, ölkədə yoxsulluqla mübarizədə, əhalinin sosial təminatının formalaşdırırlması istiqamətində müxtəlif mexanizmlər var və pensiya da bu mexanizmlərdən ən əhəmiyyətlisidir. O, həmçinin qeyd etdi ki, tədbirdə iştirak edən pensiya yaşına çatmamış şəxslər e-gov.az elektron hökumət portalına daxil olaraq, ödəniləcək pensiya məbləğini hesablaya bilərlər və yaxın günlərdə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq olunmuşdur. Bu qaydalarda əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi üçün vətəndaşlar, o cümlədən müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri, habelə xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və s. tərəfindən edilən müraciətlərə baxılması və nəticələri ilə bağlı onların məlumatlandırılması vasitələri, müddəti və prosedurları, əmək pensiyalarının təyin edilməsi və hesablanması, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, həmçinin əmək pensiyalarının ödənilməsi və əmək pensiyalarının ödənilməsinin dayandırılması ilə bağlı müddəalar əks olunmuşdur.

Tədbirə dəvət olunmuş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin Regional bölmələrlə iş sektorunun müdiri Samir Əliyev geniş çıxışında qeyd etdi ki, dünyada baş verən iqtisadi və siyasi hadisələr nəticəsində qlobal və idxal bazarlarında ərzaqlıq buğdanın qiymət artımı müşahidə olunur. Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda yerli un və un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi monitorinqlər və ciddi nəzarət tədbirləri həyata keçirir. Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər antiinhisar qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacaqdır.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ Regional filialının Tərtər rayon şöbəsinin müdiri Ruslan Mahmudov da mözvu ilə bağlı öz fikirlərini bildirdi və iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Rəqsanə Məmmədli öz çıxışında, maraqlı və aktual mövzuya toxunulduğunu və Tərtər rayonunda bu kimi tədbirlərin keçirilməsinə, rayon əhalisinin bu mövzularda maarifləndirilməyə ehtiyac duyulduğunu və ictima birliyin fəaliyyətinə uğurlar dilədi.
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Previous articleZelenski azərbaycanlı hərbçiləri təltif etdi
Next articleQHT sədri: Biz oturmağa ofis tapmırıq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here