Home Dünya Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

55
0

Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.

Xatırladaq ki, Ukrayna vətəndaşları olan R.Əliyev əslən Azərbaycanın Samux, M.Abdulqafarov isə Quba rayonundandır. Onlar Donbas istiqamətində xidmət edirlər, R.Əliyev hazırda yaralıdır.

Previous articleÖzünü binadan atan məktəbli qızı xilas etməyə çalışan gömrük işçisi əməliyyat olunub
Next articleTərtərdə “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” mövzusunda müzakirə keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here