Home Hadisə Özünü binadan atan məktəbli qızı xilas etməyə çalışan gömrük işçisi əməliyyat olunub

Özünü binadan atan məktəbli qızı xilas etməyə çalışan gömrük işçisi əməliyyat olunub

832
0

İntihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazov əməliyyat olunub. 

Sosialxəbər.az Oxu.Az-a istinadən məlumatına görə, o, Dövlət Gömrük Komitəsinin hospitalında çənə əməliyyatı keçirib. 

Onun vəziyyəti orta ağır stabildir. 

Z.Niyazov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır. 

Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışıb. Nəticədə Niyazov ağır xəsarətlər alıb

Previous articleAzərbaycana qarşı əsassız iddialar irəli sürülüb – DTX
Next articleZelenski azərbaycanlı hərbçiləri təltif etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here