Home Cəmiyyət Azərbaycana qarşı əsassız iddialar irəli sürülüb – DTX

Azərbaycana qarşı əsassız iddialar irəli sürülüb – DTX

224
0

Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib.

Sosialxəbər.az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir.

“Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur. Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk” – məlumatda bildirilib.

Previous articleMüdafiə Nazirliyi əsgərlərimiz üçün kitab toplayır
Next articleÖzünü binadan atan məktəbli qızı xilas etməyə çalışan gömrük işçisi əməliyyat olunub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here