Home Cəmiyyət Elnur Məmmədov braziliyalı nazirlə görüşdü

Elnur Məmmədov braziliyalı nazirlə görüşdü

187
0

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Braziliya xarici əlaqələr naziri Karlos Fransa ilə görüşüb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında siyasi dialoqun səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında siyasi məsləhətləşmələrin sayca üçüncü raundunun keçirilməsinin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

E.Məmmədov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Azərbaycan və Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Braziliya tərəfindən Xarici Əlaqələr Nazirliyinin Baş katibi Simas Maqalyəiş və Braziliya Konqresində Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri deputat Klaudio Kajado da iştirak ediblər.

Previous articleBalakən polisindən əməliyyat: 13 nəfər saxlanıldı
Next articlePrezident FAO-nun baş direktorunu qəbul etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here