Home Qarabağ ABŞ-da Qarabağda erməni vandalizmini əks etdirən sərgi açılıb

ABŞ-da Qarabağda erməni vandalizmini əks etdirən sərgi açılıb

210
0

ABŞ-da Qarabağda erməni vandalizminin izlərini əks etdirən sərgi açılıb.

Sosialxəbər.az “Report”a istinadən yerli bürosu xəbər verir ki, Nyu-Yorkun qabaqcıl sərgi salonlarından birində baş tutan sərgidə italiyalı fotoqraf Fabrizio Kontinin lentə aldığı, uzun müddət davam edən erməni işğalı nəticəsində Qarabağın maddi-mədəni irsinə dəyən zərərin əks olunduğu fotoşəkillər nümayiş etdirilib.

Sərginin açılışında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev, diplomatlar, ziyalılar, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının fəalları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən fotoqraf F.Konti Qarbağda ermənilərin törətdiyi cinayəti dünyaya tanıtmaq üçün reallaşdırdığı layihədən danışıb.

F.Konti İkinci Qarabağ müharibəsindən sonra könüllü olaraq Ağdama getdiyini deyib və bir il ərzində orada lentə aldığı fotoların hekayəsindən bəhs edib. Fotoqraf “Ruhlar şəhəri” adlandırdığı Ağdamda gördüklərindən dəhşətə gəldiyini və Qarabağda ermənilərin insanlığa sığmayan tarixi cinayət törətdiyini deyib. O, viran qalmış yaşayış məntəqələrində və minalanmış torpaqlarda qarşılaşdığı çətin anlardan bəhs edib.

Müəllif bildirib ki, o, latın dilində qədim Roma imperiyasında düşmənlə sonuna qədər mübarizə aparmaq mənasına gələn məşhur “Delenda Est” ifadəsini istifadə edərək sərgini “Ağdam Delenda Est” adlandırıb.

Təqdimat mərasimində A.Kərimov və Y. Əliyev çıxış ediblər. Natiqlər Azərbaycan reallıqlarını və ermənilərin uzun illər ərzində ölkəmizin tarixi torpaqlarında törətdiyi cinayəti dünya ictimaiyyətinə tanıtdığı üçün fotoqrafa təşəkkür ediblər.

Maraqla qarşılanan sərgidə nümayiş etdirilən 25 fotoşəkil NFT platformasında satışa çıxarılıb.

Previous articleErməni müxaliflərin dəhşətli ssenarisi – Korotçenko
Next articleBalakən polisindən əməliyyat: 13 nəfər saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here