Home Hadisə Sumqayıtda zavodda partlayış olub

Sumqayıtda zavodda partlayış olub

870
0

Sumqayıtda zavodda partlayış olub.

Sosialxəbər.az bildirir ki, Sumqayıt şəhər prokurorluğundan Axar.az-a verilən məlumata görə, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Previous article“Vətənpərvərlik – ən ali mənəvi dəyər” sənədli filminin nümayişi davam edir
Next article“Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adli layihə təqdim olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here