Home QHT “Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adli layihə təqdim olundu

“Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə” adli layihə təqdim olundu

204
0

Bu gün “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan tarixinə yazılmıs yeni şanlı səhifə” adli layihə həyata kecirilib. Sosialxəbər.az -a verdiyi məlumata görə, tədbirin əsas məqsədi layihə çərçivəsində hazırlanan “Əsrimizin qəhrəmanları” adlı kitabın çapı və təqdimatından sonra onun cəmiyyətə tanıdılması idi.

Tədbiri açıq elan edən “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev çıxışında təqdim olunan layihə barətə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, şəhidlərimizə diqqət və qayğı dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir: “Azərbaycan Prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından iştirakı ilə şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının və bu kateqoriyadan olan insanların problemləri həll edilir. QHT olaraq biz də Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vətənin oğul və qızlarının adını əbədiləşdirmək, həm də onların keçdiyi müqəddəs yola yenidən işıq salmaq məqsədilə yeni layihəyə start verdik və yeni kitabı araya-ərsəyə gətirdik. İnanırıq ki, bu kitab hər bir oxucuya şəhidlərimiz haqqında doğru-düzgün məlumatın əldə edilməsinə yardımçı olacaq”.

Layihə rəhbəri məktəb və küçələrə verilən şəhid adlarının qarşısında daha geniş məlumat lövhələrinin olması mövzusuna da toxunub.

Sonra tədbirdə çixis üçün söz 117 sayli məktəbin direktoru Vələddin Nurəddinova verilib. Məktəbin direktoru tədbirin əhəmiyyətindən danışıb, şəhidlərə ölkə ictimaiyyətinin münasibətinə, verdiyi dəyərə toxunub və bu istiqamətdə görülən işləri alqışladığını bildirib.

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasinin sədri Niyaməddin İbrahimov da cıxıs edərək tədbir iştirakçılarına, qonaqlara öz təşəkkürünü bildirib. N.İbrahimov qeyd edib ki, Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizə bütün insanların sayqı və hörməti böyükdür: “Onların müqəddər ruhları qarşısında baş əyirik. Şəhid ailələrinə, qazilərimizə dövlətimizin diqqət və qayğısı göz qabağındadır. Onların problemlərinin həlli prioritet olaraq qalır. Qeyri-Hökumət Təşkilatları da dövlətimizin fəaliyyətinə, bu istiqamətdə apardığı siyasətə dəstək vermək üçün müxtəlif layihələr həyata keçirirlər. “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyinın bu gün təqdim etdiyi layihə də bu qəbildəndir”.

Tədbirdə “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Şəhla Qarayeva çıxıs edərək layihənin həyata keçməsində zəhməti olan insanlara təşəkkünü bildirib.

Tədbirdə digər qonaqlarla yanaşı şəhid mayor Elçin Mənsurovun anası Məleykə Mənsurova, şəhid Atası Seyfəddin Qurbanov və digər şəhid valideynləri də çıxış edərək öz təşəkkürlərini bildiriblər.

Sonda təltifetmə mərasimi keçirilib. Təşkilatın koordinatoru Samirə İbrahimova, Binə qəsəbəsi üzrə səlahiyyətli nümayəndə Günel Məmmədova, qonaq qismində iştirak edən Kəmalə Rüstəmova, 117 sayli məktəbin direktoru Vələddin Nurəddinov Fəxri Fərmanla təltif olunublar.

“Azərbaycan tarixinə yazılmıs yeni şanlı səhifə” adlı layihə “Əsrimizin qəhrəmanları” adli kitabın şəhid ailələrinə təqdimatı ilə basa çatıb.

Previous articleSumqayıtda zavodda partlayış olub
Next articleKərim Vəliyev Kəlbəcərdə

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here