Home QHT “Vətənpərvərlik – ən ali mənəvi dəyər” sənədli filminin nümayişi davam edir

“Vətənpərvərlik – ən ali mənəvi dəyər” sənədli filminin nümayişi davam edir

42
0

Film əfsanəvi qəhrəmanlar Pəncəli Teymurov və Cəbrayıl Dövlətzadəyə həsr olunub

“Milli birliyin və vətənpərliyin yüksək səviyyədə olması 44 günlük Vətən müharibəsində böyük Zəfərin əldə olunmasının başlıca səbəbi oldu”. Bu fikirləri A.M.Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdikləri layihə ilə bağlı məlumat verərkən bildirib.

QHT sədri bildirib ki, vətənpərvərlik milli və mənəvi dəyər olaraq hər zaman gənc nəsilin təmsilçilərinə aşılanıb:

“Layihə rəhbəri olduğum “Vətənpərvərlik – ən ali mənəvi dəyər” sənədli filmi də 2016-cı ilin aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsi zamanı qəhrəmanlıq nümunələrinə əsaslanaraq vətənəpvərliyin ən ali mənəvi dəyər olduğunu göstərmək, eləcə də Azərbaycan xalqının xoşbəxt gələcəyinin təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir.

Film, qəhrəman şəhidlər Pəncəli Teymurov və Cəbrayıl Dövlətzadənin əfsanəvi döyüş yolu barədə məlumatları gənc nəslə çatdırmaqla yanaşı, onların simasında bütün şəhidlərimizin ruhuna ithaf olunur”.

Dilarə xanım Nağıyeva daha sonra qeyd edib ki, filmin ilk təqdimatı bu il aprel ayının 11-də Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. Tədbirdə Universitetin prorektoru Şaiq Əsgərov, şəhid ailələri, Müdafiə Nazirliyinin və Zabitlər Evinin zabitləri, qazilər, müəllim və tələbələr iştirak ediblər.

Previous article“Ağıllı kənd”in enerji təchizatına bu qədər xərclənəcək
Next articleSumqayıtda zavodda partlayış olub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here