Home Təhsil Bu gündən birinci sinfə qeydiyyat başlayır

Bu gündən birinci sinfə qeydiyyat başlayır

1003
0

Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.

Həmin tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

Previous articleAVP Qadınlar Şurası Sumqayıtda Ramazan bayramı ilə əlaqədar əlilliyi olan şəxslər və aztəminatlı ailələrlə görüşdü
Next articleBakı Ermənistanı tanımaqdan imtina edərsə… – General

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here