Home İdman “Qarabağ” bu gün doqquzuncu çempionluğunu rəsmiləşdirə bilər

“Qarabağ” bu gün doqquzuncu çempionluğunu rəsmiləşdirə bilər

2577
0

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Sosialxəbər.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Turnir cədvəlinin son pilləsində qərarlaşan “Səbail” Şamaxıda eyniadlı klubun qonağı olacaq. Oyun yalnız “Səbail”in sonuncu yerdən qurtulması baxımından önəm daşıyacaq.

Günün ikinci matçında lider “Qarabağ” “Sabah”ı qəbul edəcək. “Qarabağ” qələbə və ya heç-heçə təqdirində çempionluğunu rəsmiləşdirəcək. Bu baş verəcəyi halda, Ağdam komandasının sona üç tur qalmış doqquzuncu Azərbaycan çempionluğu reallaşacaq.

Premyer Liqa
XXV tur
3 may
16:30 “Şamaxı” – “Səbail”

Şamaxı şəhər stadionu

19:00 “Qarabağ” – “Sabah”
“Azersun Arena”

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. “Zirə” “Qəbələ”ni, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək.

Previous articleQHT yekun tədbirini keçirib
Next articleOrdumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here